EN

Beynəlxalq şahmat festivalı üçün 12 ölkə iştirakını təsdiqləyib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “Baku Open” beynəlxalq şahmat festivalında çıxış edəcək ölkələr bəlli olub.

AZƏRTAC-ın məlumatına görə, turnir üçün 12 ölkə iştirakını təsdiqləyib. Ev sahibi Azərbaycanla yanaşı Əfqanıstan, Çin, İngiltərə, Hindistan, İran, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan və FIDE bayrağı altında 150 şahmatçı qüvvəsini sınayacaq.

Festival A,B və C qrupları üzrə təşkil olunacaq. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçiriləcək. “Baku Open” beynəlxalq şahmat festivalının ümumi mükafat fondu 50 000 ABŞ dolları təşkil edir.

Bakı Kristal Zalında gerçəkləşəcək yarışın açılış mərasimi aprelin 28-də olacaq. Festivala mayın 6-da yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
azertag.az

2Sources