EN

Sabah 600 abonentin qazı kəsiləcək

Sabah Biləsuvarın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Moderator.az-ın məlumatına görə, Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən əsas paylayıcı yeraltı qaz xəttində qaz sızması aşkar edilib.

Aşkar olunmuş nasazlığın aradan qaldırılması məqsədilə 8 aprel saat 10:00-dan etibarən təmir işləri başa çatanadək ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Chosen
4
18
moderator.az

10Sources