EN

Şəhid kapitan Aqil Məlikovun qəhrəmanlıq yolu gənc nəsilə örnəkdir

Qubamızın rütbəcən ən böyük şəhidi Aqil Məlikov....Amma o rütbəyə önəm verməyib əsğərlərlə əl-ələ bir əsğər kimi müharibəyə atıldı.
QHT.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 44 günlük Vətən müharibəsi şəhidi, kapitan Məlikov Aqil Niyaz oğlunun xatirəsinə həsr olunmuş “Vətənə sədaqətin və hərbi şərəfin rəmzi olan həyat: Şəhid kapitan Aqil Məlikovun qəhrəmanlıq yolu” adlı anım tədbiri keçirilmişdir.
Tədbirin əsas məqsədi şəhidimizin keçdiyi şərəfli döyüş yoluna nəzər salmaq, onun qəhrəmanlıq nümunəsini gənc nəslə aşılamaq və əziz xatirəsini ehtiramla yad etmək olmuşdur. Çıxış edənlər Aqil Məlikovun həyat və fəaliyyətindən bəhs etmiş, onun Vətən uğrunda göstərdiyi igidlik və fədakarlıq nümunələrini xüsusi vurğulamışlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Səninlə qürur duyuruq.

Zəhra Ağayeva

Chosen
16
qht.az

1Sources