EN

İstanbulda İsrail konsulluğuna hücum edən şəxslərdən biri İŞİD üzvü çıxdı – DETALLAR – VİDEO

İstanbulun Beşiktaş rayonunun Levent məhəlləsində yerləşən İsrail konsulluğunun qarşısında atəş açan şəxslərdən birinin İŞİD terror təşkilatının üzvü olduğu məlum olub.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “SABAH” nəşri məlumat yayıb.

Məlumata görə, hücumu həyata keçirən şəxslərdən biri zərərsizləşdirilib, iki nəfər isə yaralanıb. Aparılan araşdırmalar nəticəsində öldürülən hücumçunun İŞİD terror təşkilatı ilə birbaşa əlaqəsinin olduğu müəyyən edilib.

Hadisə yerində zərərsizləşdirilən şəxslərin şəxsiyyəti artıq istintaqa məlumdur. Hücumla əlaqəli olduğu bildirilən daha 5 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.\\oxu.az

Chosen
5
1
konkret.az

2Sources