İranda dövlət qurumlarında çalışan şəxslər rəsmi hakimiyyətin çağırışına cavab verərək strateji enerji obyektlərindən birinin ətrafında “canlı zəncir” yaradıblar.
NOCOMMENT.az xəbər verir ki, büdcə təşkilatlarının əməkdaşları ölkənin infrastrukturuna yönəlmiş potensial hücumların qarşısını almaq və obyekti qorumaq məqsədilə bu aksiyaya qoşulublar.
Hakimiyyət nümayəndələri bu addımı xalqın dövlət maraqlarını müdafiə etmək əzmi kimi qiymətləndirsə də, beynəlxalq müşahidəçilər mülki şəxslərin hərbi hədəf ola biləcək sahələrə toplanmasının risklərini vurğulayırlar.
Sara,
NOCOMMENT.az