EN

Bitcoin in 17 min manata düşmə ssenarisi nə qədər realdır?

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son proqnozlara görə, "Bitcoin"in qiymətində kəskin eniş ehtimalları müzakirə olunur və bu, investorlar və maliyyə bazarları üçün diqqət mərkəzindədir. Əsas sual isə ondan ibarətdir ki, belə 10 min dollara qədər düşmə nə dərəcədə realdır və bu dalğalanmaların əsas mexanizmləri hansılardır.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, "Bitcoin"in qiymətinin 10 min dollara qədər enməsi ssenaridir, kimsə bunu proqnozlaşdırır. "Bu, həddindən artıq pessimist və ekstremal ssenaridir. Nəzəri olaraq hər şey mümkündür, amma reallıqda belə bir dəyərin tezliklə baş verməsi qeyri-mümkündür. "Bitcoin"in özü fiziki mayaya malik deyil, onun “maya dəyəri” yalnız elektrik enerjisi, sistemlər və kompüterlərdir. "Bitcoin" istehlak dəyərinə malik deyil, yalnız mübadilə dəyəri var. Yəni onu alırsan, mübadilə üçün dəyəri olur, almasan, nəzəri olaraq sıfıra da düşə bilər".Ekspert bildirib ki, tarixə baxanda görürük ki, "Bitcoin"də kəskin dəyər düşmələri olub, 70–80% azalmalar qeydə alınıb. "Məsələn, yaxın keçmişdə 80–100 min dollardan 20 min ətrafına düşməsi müşahidə olunub. Amma indiki halda, məsələn 70 mindən 10 minə düşməsi qeyri-real görünür. Bunun səbəbi bazarın indi daha möhkəm struktura malik olmasıdır: son illərdə ETF-lər (Exchange Traded Fund – fondlar vasitəsilə ticarət) yaradılıb, institusional investorlar bazara daxil olub, pozisiyalar yaradıb. Bu isə bazara sabitlik gətirir, çünki uzunmüddətli investorlar gündəlik dəyişikliklərə deyil, uzun perspektivə baxır. Kəskin qiymət düşməsi üçün bir neçə faktor eyni anda baş verməlidir. Məsələn, bazar şərtləri, dolların və faiz dərəcələrinin artması, tənzimləmələrdə xəbər və ya dəyişiklik, investorların psixoloji reaksiyaları, spekulyasiyalar və bazarın likvidlik davranışı. Əgər bütün bu faktorlar eyni vaxtda Bitcoin əleyhinə işləsə, qiymət kəskin düşə bilər. Amma bu, nəzəri ssenaridir və realistik deyil".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
demokrat.az

1Sources