EN

İran şəhərlərində “canlı qalxan”: əhali strateji obyektləri bədəni ilə qoruyur

İranda gərginliyin pik həddə çatdığı bir vaxtda artıq bir çox şəhərdə əhali elektrik stansiyaları, körpülər və digər strateji dövlət obyektlərinin qarşısına axışır.

Musavat.com xəbər verir ki, insanlar bu obyektlərin qarşısında toplaşmaqla kifayətlənmir, özlərini həmin infrastrukturlara zəncirləyərək “canlı qalxan” rolunda çıxış edirlər. Bununla da mümkün hava zərbələrinin qarşısını almağa çalışdıqları bildirilir.

Yayılan görüntülər və məlumatlar göstərir ki, bu proses artıq tək-tək aksiyalar deyil, geniş miqyaslı və koordinasiyalı hərəkət xarakteri almağa başlayıb. Bəzi şəhərlərdə yüzlərlə insanın elektrik stansiyalarının və mühüm dövlət obyektlərinin ətrafında gecələdiyi qeyd olunur.

Musavat.com

Chosen
1
50
musavat.com

10Sources