Konkret.az saytına istinadən ain.az xəbər verir.
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) çərşənbə axşamına keçən gecə Tehranda həyata keçirilən hava zərbələri zamanı tarixi sinaqoqun zərər gördüyünü rəsmən təsdiqləyib.
KONKRET.az xəbər verir ki, ÇAXAL nümayəndəsinin yaydığı bəyanatda əsas hədəfin İran rejiminə məxsus “Xatəm əl-Ənbiya” bazasındakı yüksək rütbəli komandir olduğu bildirilir. “Hücumdan əvvəl mülki şəxslərin zərər görmə ehtimalını azaltmaq üçün dəqiq sursatlardan və hava müşahidəsindən istifadə edilib. Yaxınlıqdakı sinaqoqun zərər görməsi ilə bağlı məlumatları araşdırırıq,” – deyə açıqlamada qeyd olunub. İsrail ordusu tarixi ibadət evinə dəyən “yanaşı zərər”ə görə təəssüfünü ifadə etsə də, zərbənin birbaşa hərbi hədəfə yönəldiyini xüsusi vurğulayıb.
Natiq Səlim,
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.