Bakı. Trend:
Çempionlar Liqasının 1/4 finalının ilk oyununda Almaniyanın"Bavariya" futbol klubu İspaniyanın "Real Madrid" komandasını 2:1hesabı ilə məğlub edib.
Trend-inməlumatına görə, oyun Madridin "Santyaqo Bernabeu" stadionundakeçirilib.
Qalib komandanın heyətində qolları Luis Dias (41-ci dəqiqə) vəHarri Keyn (46) vurublar. Məğlub komandadan isə Kilian Mbappe (74)fərqlənib.
Qeyd edək ki, "Bavariya" 2012-ci ildən bəri ilk dəfə "RealMadrid"i məğlub edib.