EN

Çempionlar Liqası: “Real Madrid” “Bavariya”ya, “Sportinq” “Arsenal”a uduzub

Bakı 8 aprel, AZƏRTAC

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

Bu raundun mərkəzi matçı İspaniyada "Real Madrid"lə Almaniya "Bavariya"sı arasında olub. Oyun Münhen klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

Gecənin digər görüşündə isə İngiltərənin "Arsenal" klubu Portuqaliyada "Sportinq"in qonağı olub. Qarşılaşma qonaqların minimal hesablı üstünlüyü ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, 1/4 finalın "Barselona" - "Atletiko Madrid" və PSJ - "Liverpul" matçları aprelin 8-də keçiriləcək. Bu mərhələnin cavab oyunları isə aprelin 14-15-də reallaşacaq.

Chosen
32
azertag.az

1Sources