EN

İran probleminin diplomatik yolla həlli müzakirə edilib



Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-İsrail-İran müharibəsinə son qoymaq üçün diplomatik səylərini davam etdirir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu çərçivədə Türkiyə XİN rəhbəri Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.

Xarici İşlər Nazirliyinin mənbələrindən əldə edilən məlumata görə, nazir Fidan ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibəyə son qoymaq üçün diplomatik səylərin davam etməsinin zəruriliyini vurğulayıb. İki ölkənin XİN rəhbərləri problemin diplomatik yolla həlli məqsədilə səylərin artırılmasının zəruriliyini vurğulayıblar.

Anar
Chosen
27
1
newscenter.az

2Sources