EN

Luçesku 10 il əvvəl məzarını seçib – Üzərində bu sözlər olacaq

BAKI, 8 aprel. TELEQRAF

Rumıniya futbolunun əfsanəvi siması Mirça Luçesku Buxarest Universitet Təcili Yardım Xəstəxanasında vəfat edib.

Teleqraf xəbər verir ki, 80 yaşında dünyasını dəyişən mütəxəssis Buxarestdə yerləşən məşhur Bellu qəbiristanlığında dəfn olunacaq.

Əfsanəvi məşqçi on ildən də çox əvvəl ölkənin bir çox tanınmış şəxslərinin dəfn olunduğu bu qəbiristanlıqda özünə məzar yeri alıb.

“Rütbələr, şöhrət, sərvət – hamısı torpaqda sona çatır, hər bir gözəllik yox olur və əriyir. Yaşadığınız müddətdə elə işlər görün ki, arxanızda abidə kimi xeyirxah əməllər qalsın” – bu sözlər Mirça Luçeskunun məzar daşına həkk olunub.

Qeyd edək ki, Mirça Luçesku məşqçi karyerası ərzində 35 böyük titul qazanaraq futbol tarixinin ən uğurlu mütəxəssislərindən birinə çevrilib. O, xüsusilə Donetsk “Şaxtyor”u ilə qazandığı uğurlarla yadda qalıb. Bundan başqa, “Qalatasaray”, “Beşiktaş”, Kiyev “Dinamo”su və digər klublarla da mühüm nailiyyətlər əldə edib.

Chosen
47
teleqraf.com

1Sources