ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs elan etməsindən sonra “Bitcoin”in qiyməti 6%-dən çox artıb.
Publika.az xəbər verir ki, bu barədə "Binance" birjası məlumat yayıb.
Bakı vaxtı ilə saat 03:23-ə olan məlumata görə, “Bitcoin” 5,13% dəyər qazanaraq 72,082 min dollar olub. Saat 03:29-a yaxın kriptovalyuta artımı sürətləndirərək 72,753 min dollar (+6,18%) səviyyəsində ticarət olunub.
Martın 23-də “Bitcoin”in dəyəri 16 fevral 2026-cı ildən bəri ilk dəfə 70 min dolları ötüb; bu, Trampın İranla yaxşı və məhsuldar danışıqlar apardığı barədə sözləri fonunda baş verib. O zaman prezident İslam Respublikasının elektrik stansiyalarına və enerji infrastrukturuna hər hansı zərbəni beş gün müddətinə təxirə salmaq qərarına gəlmişdi.