EN

İran bu tarixdə ABŞ ilə danışıqlara başlayacaq

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ ilə müvəqqəti atəşkəs elan olunması barədə bəyanat yayıb.

"Unikal" xəbər verir ki, bəyanatda qeyd olunan məlumata görə, İran ABŞ ilə İslamabadda danışıqlara başlayacaq.

Danışıqların 11 aprel tarixində iki həftə ərzində keçirilməsi nəzərdə tutulur: "İndi Pakistanın hörmətli Baş naziri İrana məlumat verib ki, Amerika tərəfi, bütün aşkar təhdidlərə baxmayaraq, bu prinsipləri (İranın təklif etdiyi 10 maddə -red.) danışıqların əsası kimi qəbul edib və İran xalqının iradəsinə təslim olub. Buna uyğun olaraq, ən yüksək səviyyədə qərara alınıb ki, İran İslamabadda Amerika tərəfi ilə iki həftə və yalnız bu prinsiplər əsasında danışıqlar aparacaq. Vurğulanır ki, bu, müharibənin sonu demək deyil və İran müharibənin sonunu yalnız İranın 10 bəndlik planda nəzərdə tutduğu prinsiplərin qəbul edilməsi nəzərə alınmaqla, onun təfərrüatları da danışıqlarda yekunlaşdırıldıqdan sonra qəbul edəcək.

Bu danışıqlar 11 aprel cümə günü İslamabadda Amerika tərəfinə tam etimadsızlıqla başlayacaq və İran bu danışıqlar üçün iki həftə vaxt ayıracaq. Bu müddət tərəflərin razılığı ilə uzadıla bilər". 

Ağarza Elçinoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
unikal.az

10Sources