EN

İran da əməliyyatları dayandıracaq

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran tərəfi bölgədə gərginliyin azaldılması ilə bağlı mövqeyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi yaydığı bəyanatda Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munirə bölgədə müharibənin dayandırılması istiqamətində göstərdikləri səylərə görə təşəkkür edib.

Nazir qeyd edib ki, Şərifin çağırışı, həmçinin ABŞ tərəfindən irəli sürülən 15 bəndlik təklif və ABŞ Prezidentinin İranın 10 bəndlik planını danışıqlar üçün əsas kimi qəbul etməsi fonunda İran öz mövqeyini müəyyənləşdirib.

Onun sözlərinə görə, İranın Ali Milli Təhlükəsizlik Şurası adından bildirilir ki, ölkəyə qarşı hücumlar dayandırılacağı təqdirdə, İran Silahlı Qüvvələri də müdafiə əməliyyatlarını dayandıracaq.

Əlavə olunub ki, iki həftə ərzində texniki məhdudiyyətlər nəzərə alınmaqla və hərbi qurumlarla koordinasiya şəraitində Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi mümkün olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
41
11
qafqazinfo.az

10Sources