EN

Benyamin Netanyahunun ofisi Şahbaz Şərifin bəyanatını təkzib edib

“ABŞ və İran arasında əldə olunan ikihəftəlik atəşkəs razılaşması Livana şamil edilmir”.

Oxu.Az xəbər verir ki, bu barədə “The Times of Israel” İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə istinadən məlumat yayıb.

Bundan əvvəl qəzet bildirib ki, Pakistanın Baş naziri Şahbaz Şərifin “o cümlədən Livanda və hər yerdə” dərhal atəşkəs rejiminin qüvvəyə minməsi ilə bağlı açıqlamasına baxmayaraq, İsrailin Livandakı şiə hərəkatı olan “Hizbullah”a qarşı əməliyyatlarını dayandıracağına dair heç bir əlamət yoxdur.

Chosen
19
2
editor.az

3Sources