EN

Hörmüz boğazından sərbəst keçid iki həftə ərzində mümkün olacaq Əraqçi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Atəşkəs elan edildikdən sonra iki həftə ərzində Hörmüz boğazından keçid sərbəst olacaq.

Globalinfo.az bildirir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb.

“İran silahlı qüvvələri ilə koordinasiyalı şəkildə və mövcud texniki məhdudiyyətlər nəzərə alınmaqla, Hörmüz boğazından təhlükəsiz keçid iki həftə ərzində mümkün olacaq”, – deyə o bildirib.

O əlavə edib ki, “İrana hücumlar dayandırılarsa, İslam Respublikasının silahlı qüvvələri də müdafiə hücumlarını dayandıracaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
49
11
globalinfo.az

10Sources