EN

BMT sadəcə alqışladı

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və İran arasında atəşkəs elanını alqışlayıb və bütün tərəfləri beynəlxalq hüquqa və atəşkəsə riayət etməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bəyanat yayıb. 

"Baş katib ABŞ və İran tərəfindən iki həftəlik atəşkəs elan edilməsini alqışlayır. O, Yaxın Şərqdəki mövcud münaqişənin bütün tərəflərini beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə və regionda davamlı və hərtərəfli sülhün yolunu açmaq üçün atəşkəsə riayət etməyə çağırır", - bəyanatda qeyd olunub. 

Qlobal təşkilatın rəhbəri həmçinin atəşkəsin bərqərar edilməsində göstərdikləri köməyə görə Pakistana və digər vasitəçilərə minnətdarlığını bildirib.

Chosen
15
4
unikal.az

5Sources