Bu gün Bakının Binəqədi rayonunun bir hissəsində qaz olmayacaq.
Publika.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, aparılacaq təmir-quraşdırılma işləri ilə əlaqədar saat 10:00-dan etibarən Binəqədi rayonunun Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.