EN

Rusiyada “Lada” istehsalı dayandırılıb


Rusiyanın aparıcı avtomobil istehsalçılarından biri olan “AvtoVAZ” istehsalı tamamilə dayandırmaq barədə rəsmi qərar qəbul edib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkətin bu addımı 2026-cı ilin əvvəlində “Lada” markalı avtomobillərin satışlarının tarixi minimuma düşməsi fonunda atılıb.
Rəsmi məlumatlara görə, ölkə üzrə aylıq satışlar cəmi 15 min ədəd təşkil edib ki, bu da son 20 ilin ən aşağı göstəricisi sayılır. Şirkət rəhbərliyi istehsal xətlərinin bağlanmasının əsas səbəbi kimi elektron komponentlərin 90 faizlik çatışmazlığını göstərib. Bildirilir ki, mövcud şəraitdə avtomobil istehsalını davam etdirmək faktiki olaraq mümkün deyil.
Rusiya İqtisadiyyat Nazirliyi isə açıqlamasında zavodların bağlanmasını genişmiqyaslı modernləşdirmə planı ilə əlaqələndirib. Lakin bu planın detalları ictimaiyyətə açıqlanmayıb.
Mövcud vəziyyət əmək bazarına da ciddi təsir göstərib. Zavodlarda çalışan işçilərin təxminən 40 faizi məzuniyyətə göndərilib. Ümumilikdə, Rusiya avtomobil sənayesinin cari rübdə itkilərinin 500 milyon dolları keçdiyi bildirilir. Ekspertlər qeyd edir ki, dövlət subsidiyaları olmadan sektorda fəaliyyət göstərən şirkətlərin əksəriyyəti fəaliyyətini dərhal dayandıra bilər.
Chosen
24
1
yeniavaz.com

2Sources