"Sabah" Misli Premyer Liqasında yubiley – 50-ci səfər qələbəsini rəsmiləşdirib.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin bu uğuru çempionatın XXVI turuna təsadüf edib. "Araz Naxçıvan" üzərində qazanılan 4:2 hesablı qələbə klubun səfər oyunlarındakı 50-ci uğuru kimi tarixə düşüb.
Bakı klubu rəqib meydanında keçirdiyi 120-ci qarşılaşmada bu rəqəmə çatmağı bacarıb. Qeyd edək ki, "bayquşlar" Premyer Liqadakı ilk səfər qələbəsini debüt ili olan 2018-ci ilin avqustunda "Şamaxı" ilə matçda (1:0) qazanıb.
Bu nəticə ilə "Sabah" Azərbaycan çempionatları tarixində rəqib meydanında 50 və daha çox qələbə qazanan 11-ci komanda kimi tarixə düşüb və bu göstəricidə "Şəmkir"ə çatıb.