EN

Xalq artisti Yusif Eyvazovla bağlı iddialara nazirlikdən reaksiya

Bakı. Trend:

Mədəniyyət Nazirliyi Akademik Opera və Balet Teatrınındirektoru, Xalq artisti Yusif Eyvazovun Nazirliyə çağırılmasıməsələsinə münasibət bildirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, teatrın bəziəməkdaşlarının rəhbərliklə bağlı narazılıqlarına həssasyanaşılır.

Bildirilib ki, hazırda məsələ ilə bağlı bütün tərəflərin mövqeyiaraşdırılır və proses Nazirliyin diqqətində saxlanılır. Zərurətyarandığı halda, vəziyyətə institusional səviyyədə müdaxiləmexanizmləri tətbiq edilə bilər.

Nazirlik qeyd edib ki, Azərbaycan Dövlət Akademik Opera və BaletTeatrı ilə bağlı mediada səsləndirilən məsələlərdən xəbərdardır vəbu cür hallara diqqətlə yanaşır.

“Bizim üçün əsas prinsip mədəniyyət müəssisələrinin qarşıdurmadeyil, əməkdaşlıq məkanı olmasıdır. Hər hansı fikir ayrılığıemosional müstəvidə deyil, dialoq və qarşılıqlı anlayışçərçivəsində həllini tapmalıdır

Həm teatr rəhbərliyi, həm də narazılıq bildirən əməkdaşlarlaünsiyyət imkanlarının açıq olduğu qeyd edilib. Zərurət yaranarsa,Nazirlik platformasında müzakirələrin təşkili mümkündür”, – deyəməlumatda vurğulanıb.

Nazirliyin əsas məqsədinin vəziyyəti obyektiv qiymətləndirmək,balanslı qərarların qəbulunu təmin etmək və kollektivin normal işritmini qorumaq olduğu bildirilib.

Chosen
2
az.trend.az

1Sources