Xaçmazda 37 yaşlı kişi kanalda boğulub.
"Unikal" xəbər verir ki, Sibiroba kənd sakini 1989-cu il təvəllüdlü Rəşad Şixəmməd oğlu Məmmədov kəndin ərazisindən keçən kanala yıxılaraq boğulub.
R.Məmmədovun meyiti sudan çıxarılıb.
Faktla bağlı Xaçmaz Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.