EN

Azərbaycan Premyer Liqasında məhsuldarlıq seriyası: XXI əsrin rekordunu yenilənib

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Misli Premyer Liqasında məhsuldar turlar seriyası davam edir.

"Cebheinfo.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XXVI turda 23 qol vurulub və orta məhsuldarlıq 3,83-ə bərabər olub

Bu göstərici ardıcıl 4-cü dəfə 3 və ya daha yüksək olub. XXIII turda 21 (3,50), XXIV turda 19 (3,17), XXV turda 18 (3,00) qol vurulub.

III dövrənin startından yaşanan bu məhsuldarlıq seriyası Azərbaycan çempionatlarının yüksək dəstəsində XXI əsrin rekordudur.

Daha uzun seriya 2000/2001 mövsümünün ilk yarısına təsadüf edib. Həmin vaxt II-VIII turlarda ardıcıl 7 dəfə orta məhsuldarlıq 3 və ya daha yüksək olub. Sonrakı illərdə isə belə seriyalar 3 turdan uzun sürməyib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
13
cebheinfo.az

10Sources