EN

İnvestisiya Şirkətinin Müşahidə Şurasına sədr seçildi

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri dəyişdirilib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Elxan Ağayev Muradxan oğlu müvafiq vəzifəyə təyin edilib.

O bu vəzifədə Xəzər Bağırlı Arif oğlunu əvəz edib.

Müşahidə Şurasının sturukturundakı digər üzvlər Nəbiyev Nəbi Məcid oğlu və Şahverdiyeva Natella Fikrət qızı əvvəlki kimi vəzifələrini davam etdirəcəklər.

Xatırladaq ki, “Xalq Kapital İ.Ş.” 2017-ci ildə təsis edilib və onun 420 min manat nizamnamə kapitalı var. Kapitalın 100%-i “Xalq Bank” ASC-yə məxsusdur.

 

Chosen
36
banker.az

1Sources