EN

Mbappe Çempionlar Liqasında qol sayına görə Raula yaxınlaşıb

Bakı, 8 aprel, AZƏRTAC

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında 69-cu qolunu vurub.

AZƏRTAC xəbər verir ki, fransalı hücumçu buna turnirin 1/4 final mərhələsində Almaniya “Bavariya”sı ilə keçirilən ilk oyunda nail olub. Görüşün 74-cü dəqiqəsində fərqlənən 27 yaşlı oyunçu “kral klubu”nun əfsanələrindən sayılan Raul Qonsalesə yaxınlaşıb. İspaniyalı veteran oyunçunun aktivində 71 qol var.

Siyahıya 141 qolla Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu başçılıq edir. ABŞ təmsilçisi “İnter Mayami”də çıxış edən argentinalı forvard Lionel Messi (129 qol) ikinci, “Barselona”nın polşalı futbolçusu Robert Levandovski isə (109) üçüncü pillədə qərarlaşıb.

Chosen
19
4
azertag.az

6Sources