EN

Qətər İrandan şikayət etdi: BMT və Təhlükəsizlik Şurasına iki eyniməzmunlu məktub ünvanlanıb

BAKI, TurkicWorld

Qətər Xarici İşlər Nazirliyi İranın təcavüzü ilə bağlı son hadisələrə dair Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinə və Təhlükəsizlik Şurasına iki eyniməzmunlu məktub göndərildiyini elan edib.

TurkicWorld xəbər verir ki, rəsmi Dohanın müraciətində vurğulanır ki, İran tərəfindən həyata keçirilən hücumların hədəfləri sırf mülki xarakter daşıyır. Qətər tərəfi bu hərəkətlərin İran tərəfindən beynəlxalq humanitar hüququn əsasını təşkil edən Cenevrə konvensiyalarının kobud şəkildə pozulması olduğunu qeyd edib.

Məktublarda Qətər dövləti İranın bu qeyri-qanuni hərəkətlərinə görə beynəlxalq hüquqi məsuliyyət daşıdığını xüsusi olaraq vurğulayıb.

"İranın bu qeyri-qanuni hərəkətləri beynəlxalq məsuliyyət doğurur. Bu isə İranın Qətər dövlətinə dəymiş bütün zərərlərə görə kompensasiya ödəmək öhdəliyini yaradır."-deyə məktubda bildirilir.

Analitiklər Qətərin bu diplomatik gedişini Pakistanın vasitəçiliyi ilə əldə olunan atəşkəs fonunda öz haqlarını beynəlxalq platformada hüquqi müstəviyə daşımaq cəhdi kimi qiymətləndirirlər. Mülki infrastrukturun hədəf alınması və "Cenevrə konvensiyası"na istinad edilməsi İranın hərbi cinayətlərdə ittiham olunması üçün hüquqi zəmin hazırlayır.

Chosen
26
turkic.world

1Sources