EN

İş yoldaşını bıçaqlayan şəxsə şərti cəza verildi

İş yoldaşını "işverən"sən sözünə görə bıçaqlamaqda təqsirləndirilən Röyal İbrahimovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub. 

Hökmə əsasən, Röyal İbrahimova 3 il müddətinə şərti cəza verilib. 

Qeyd edək ki, hadisə ötən il Sulutəpə qəsəbəsində baş verib. Belə ki aralarında yaranmış mübahisə zamanı Röyal İbrahimov iş yoldaşı Anar Quliyevi bıçaqlayıb. 

Röyal İbrahimov hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Chosen
31
7
unikal.az

10Sources