Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev deyib.
Onun sözlərinə görə, hazırda ərazidə tikinti işləri davam edir və Dərnəgül deposunun ikinci mərhələsinin tamamlanması, həmçinin qismən fəaliyyətə başlaması məhz bu layihənin başa çatmasından asılıdır.
Qeyd olunub ki, avtomobil və piyada tunelinin inşası yekunlaşdıqdan sonra Dərnəgül deposunun ikinci mərhələsi üzrə tikinti-quraşdırma işləri də tamamlanacaq və depo mərhələli şəkildə fəaliyyətə başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31