EN

PAŞA Bank, EMTA güzəştli kreditin verilməsinə dair müqavilə imzaladı

Bakı. Trend:

PAŞA Bank enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsiistiqamətində daha bir önəmli addım atıb. Bank və EnerjiMəsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında EnerjiEffektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərinverilməsini nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilə PAŞA Bank-ın İdarə Heyəti sədrinin müavini BəhruzNağıyev və EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov tərəfindənimzalanıb.

Razılaşmaya əsasən, tərəflər Fondun vəsaiti hesabına enerjieffektivliyi tədbirlərinin təşviqi üçün güzəştli kreditlərinverilməsi üzrə əməkdaşlıq edəcəklər. Bu çərçivədə kreditlərinşərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinə nəzarətmexanizmləri, geri qaytarılması və müvəkkil kredit təşkilatınınAgentlik qarşısında hesabatlılığı kimi məsələlər tənzimlənəcək.

Bəhruz Nağıyev qeyd edib ki, Fond vəsaiti hesabına təqdimolunacaq güzəştli kreditlər enerji səmərəliliyi layihələrininhəyata keçirilməsi üçün yeni imkanlar yaradacaq. O, imzalananmüqavilənin tərəflər arasında əməkdaşlığın daha da genişlənməsinətöhfə verəcəyinə əminliyini ifadə edib.

Samir Axundov isə bildirib ki, Fondun vəsaiti hesabına enerjisəmərəliliyi layihələrinin təşviqi məqsədilə güzəştli kreditlərinverilməsi nəzərdə tutulur. Bu istiqamətdə ölkənin aparıcı banklarıilə əməkdaşlıq qurulduğunu vurğulayan sədr, PAŞA Bank ilətərəfdaşlıqdan məmnunluğunu qeyd edib.

Qeyd edək ki, PAŞA Bank 2023-cü ildən etibarən BMT QlobalSazişinin üzvü olaraq enerji səmərəliliyi və dayanıqlı inkişaflayihələrini aktiv şəkildə dəstəkləyir. Bankın 2024–2026-cı illəriəhatə edən Korporativ Sosial Məsuliyyət strategiyası da Dayanıqlıİnkişaf Məqsədlərinə uyğun şəkildə formalaşdırılıb. Bu məqsədlərarasında “İqlim dəyişikliyinə qarşı mübarizə” xüsusi yer tutur vəBank bu istiqamətdə fəaliyyətini daha da genişləndirməyihədəfləyir.

Güzəştli kreditlər vasitəsilə enerji səmərəliliyi layihələrinəinvestisiyanı təşviq edən PAŞA Bank həm iqtisadi, həm də ekolojidayanıqlılığa töhfə verir və bu sahədə lider mövqeyinimöhkəmləndirir.


Məqalədə:
Chosen
14
4
az.trend.az

5Sources