EN

Yolayrıcında dayanan sürücü hərəkətə mane oldu VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksinin həyətində qeydə alınıb. Belə ki, 99-UK-049 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü yolayrıcında dayanaraq gediş-gəlişə mane olub. Yolda hərəkətin məhdudlaşdığını görən sürücü məcbur olaraq dayandığı yerdən uzaqlaşıb.

Qeyd edək ki, yolayrıcında və kəsişmə yerinə 5 metrdən az məsafədə dayanmağa görə, İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsilə 2 bal 40 manat məbləğində cərimə nəzərdə tutulub.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
avtosfer.az

1Sources