EN

İsrail İrana qarşı əməliyyatların dayandırıldığını elan edib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri (IDF) bildirir ki, bu gün 03:00radələrindən etibarən İrana heç bir zərbə endirilməyib.

Trend “Times ofIsrael”ə istinadən xəbər verir ki, bu barədə IDF mətbuat xidmətininbəyanatında deyilir.

Atəşkəs razılaşmasına qədər, gecə ərzində İranda həyatakeçirilən “genişmiqyaslı” zərbələr zamanı İsrail Hərbi HavaQüvvələrinin qırıcı təyyarələri buraxılış mövqelərini və ballistikraket qurğularını vurub.

Hərbçilərin sözlərinə görə, məqsəd İranın ballistik raketləhücumlarını əhəmiyyətli dərəcədə azaltmaq və qarşısını almaqolub.

IDF Baş nazir Netanyahunun bəyanatına dəstəkləyərək,razılaşmanın Livana aid olmadığını, Hizbullaha qarşı mübarizənindavam etdiyini vurğulayıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.

Məqalədə:
Chosen
22
az.trend.az

1Sources