EN

Dilan Polatın boşanma qərarına Engin Polatdan SƏRT CAVAB

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Məşhur fenomenlər Dilan Polat və Engin Polat yenidən boşanma xəbəri ilə gündəmə gəliblər.

BAKU.WS xəbər verir ki, Dilan sosial şəbəkədə paylaşım edərək həyat yoldaşı ilə yollarını ayırmaq qərarına gəldiyini bildirib.

"Bu dəfə qəti qərar verdim" -deyə o paylaşımda qeyd edib.

O bununla Engin Polatı və ailəsini hədəf alıb. Polat qeyd edib ki, qarşı tərəfin onsuz daha xoşbəxt olacağını düşünür və münasibətlərin davam etməsinin mənasız olduğunu vurğulayıb.

Qısa müddət sonra Engin Polat da iddialara cavab verib. O, açıqlamasında həyat yoldaşının davranışlarına uzun müddət dözdüyünü bildirərək, artıq baş verənlərin onun üçün əhəmiyyət kəsb etmədiyini bildirib.

Qeyd edək ki, cütlük daha əvvəl də tez-tez boşanma iddiaları ilə gündəmə gəlmişdi. Həmçinin onlar bir müddət əvvəl "çirkli pulların yuyulması" istintaqı çərçivəsində saxlanılmış, daha sonra sərbəst buraxılmışdılar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
1
baku.ws

2Sources