EN

ABŞ-la danışıqları İran parlamentin sədri Qailbaf aparacaq

Cümə günü keçiriləcək danışıqlarda İran nümayəndə heyətinə İran Parlamentin sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edəcək.

Azpost.info bildirir ki, bu barədə ISNA  məlumat yayıb.

Xəbər verildiyi kimi, Amerika nümayəndə heyətinə ABŞ-ın vitse-prezidenti J.D. Vens rəhbərlik edəcək.

İran mediası xəbər verir ki, İranın təklif etdiyi 10 maddəlik planın çərçivəsi təkcə nüvə proqramı və regional təhlükəsizliyi deyil, həm də son 45 ildə İrana tətbiq edilən ilkin və ikinci dərəcəli sanksiyaları əhatə edir.

AzPost.az

Chosen
7
1
azpost.info

2Sources