EN

Keyn ÇL də ən çox qol vuranlar siyahısına daxil oldu

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

“Bavariya”nın ingilis hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının 1/4 finalının “Real Madrid”ə qarşı ilk oyununda qol vurub.

Yeniavaz.com xəbər verir ki, ingilis futbolçunun 46-cı dəqiqədə vurduğu bu qol onun Çempionlar Liqasında 67 oyunda vurduğu qolların sayını 51-ə çatdırıb.

Bununla da, Keyn turnirdə 50 qolu olan Məhəmməd Salah və Tyerri Anrini geridə qoyaraq, Çempionlar Liqasında ən çox  qol vuran futbolçular siyahısında 10-cu yerə yüksəlib.

Qeyd edək ki, 32 yaşlı Keyn bu mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 49 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
yeniavaz.com

2Sources