EN

Azərbaycan və Qazaxıstan XİN başçıları arasında geniştərkibli görüş keçirilib

Azərbaycan və Qazaxıstan xarici işlər nazirləri arasında geniştərkibli görüş keçirilib.

SİA xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Qazaxıstan güclü strateji əlaqələrini bir daha təsdiqləyib, iqtisadiyyat, ticarət, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, texnologiya və rəqəmsal sahələrdə əməkdaşlığın artdığını qeyd ediblər.

Nazirlər həmçinin Orta Dəhlizin Avropa-Asiya ticarətinin inkişafındakı rolunu vurğulayıb, tranzit infrastrukturunun və regional bağlantıların gücləndirilməsinə töhfə verən birgə layihələrin əhəmiyyətini qeyd ediblər.

Tərəflər Yaxın Şərqdəki gərginlikdən narahatlıqlarını ifadə edib, əldə olunan atəşkəsin bölgəyə sabitlik və sülh gətirəcəyinə ümid etdiklərini bildiriblər.

Nazirlər regional və qlobal təhlükəsizlik çağırışlarını da müzakirə ediblər.

Ceyhun Bayramov həmçinin həmkarına Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə məlumat verib.

Chosen
23
3
sia.az

4Sources