EN

Bankların cəmi aktivləri 57 milyard manatı ötüb

Bu ilin fevral ayının 28-nə ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 57 132,8 milyon manat, cəmi öhdəlikləri 49 617,4 milyon manat, balans kapitalı isə 7 515,4 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, fevral ayında (yanvar ayına nisbətdə) bankların cəmi aktivləri 0,3 faiz, cəmi öhdəlikləri 0,2 faiz, balans kapitalı isə 1,5 faiz artıb.

Cari ilin yanvar-fevral aylarında banklar 189,7 milyon manat xalis mənfəət, 301,2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Bu dövrdə banklar tərəfindən ümumilikdə 47,7 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Chosen
28
vergiler.az

1Sources