EN

Bəy toya kanalizasiya çəninin İÇİNDƏ GƏLDİ

Ajans.az xəbər verir ki, Çində keçirilən bir toy mərasiminə içində çirkab suları olan karvan gəlib. “South China Morning Post” qəzetinin verdiyi məlumata görə, Çində bir kişi toya doqquz kanalizasiya maşınından ibarət kortejlə gəlib. Otuz yaşlı Pan Haonan və nişanlısı Li Yaqing 2025-ci ilin avqust ayında nişanlanıblar. Pan redaktor ixtisası üzrə təhsil alsa da, 20 ildən artıqdır ki, atasının yanında çirkab sularının daşınması və təmizlənməsi işi ilə məşğuldur. Hazırda o, çirkab su daşıyan yük maşını sürücülərindən ibarət komandaya rəhbərlik edir. Pan toy üçün ənənəvi avtomobillər əvəzinə kanalizasiya maşınlarından istifadə etməyi təklif etdikdə, gəlin bu ideyanı orijinal hesab edərək razılaşıb. Bəyin valideynləri əvvəlcə buna qarşı çıxıblar, lakin gəlinin razılığı ilə sonradan bu qərarı qəbul ediblər.

“Ən çirkli və ən pis qoxulu işi görsək də, qazandığımız pul təmizdir. Digər peşələrlə müqayisədə bizim sahə kifayət qədər sabitdir. İnsanlar yemək yeyib tualetdən istifadə etdikcə bizə ehtiyac olacaq. Kanalizasiya sistemi mövcud olduğu müddətdə bizə ehtiyac davam edəcək", - deyib bəy Pan Haonan.

Chosen
27
Ajans.az

1Sources