Almaniyanın “Bayern” klubunun qapıçısı Manuel Noyer Lionel Messinin UEFA Çempionlar Liqasındakı (ÇL) rekordunu təkrarlayıb.
Arena.az xəbər verir ki, 40 yaşlı qolkiper buna İspaniyada “Real”a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda nail olub.
Noyer Münhen təmsilçisinin heyətində bu turnirdə 136-cı dəfə start heyətində meydana çıxıb. O, bir komandada bunu bacaran oyunçular arasında ilk “üçlük”dədir.
Daha əvvəl Messi (136 oyun) “Barselona” forması ilə buna nail olub. ÇL-də mütləq rekord isə “Real”ın sabiq qapıçısı İker Kasilyasa məxsusdur – 149 oyun.
Xatırladaq ki, 2011-ci ildən “Bayern”də çıxış edən Manuel Noyer cari mövsümdə bütün turnirlər çərçivəsində 31 qarşılaşmada meydanda olub. Alman qolkiper bu görüşlərdə 30 top buraxıb, 10 matçda qapısını toxunulmaz saxlayıb.
