EN

Vlada Axundovanın ölümünə səbəb olan sürücüyə hökm oxundu

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ötən il Səbail rayonu Bayıl qəsəbəsində tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, V.Axundovanın olduğu taksiyə çırpılan “Hyundai” markalı avtomobilin sürücüsü 2002-ci il təvəllüdlü Seyfulla Mehdizadəyə hökm oxunub.

Səbail Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsili bilib. Təqsirləndirilən şəxsə 3 il azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkməlidir.

Qeyd edək ki, hadisə 2025-ci il oktyabrın 30-da V.Axundova “Toyota” markalı taksidən düşərkən baş verib. Bu zaman S.Mehdizadənin idarə etdiyi avtomobil arxadan həmin maşına çırpılıb. Zərbədən 1987-ci il təvəllüdlü sənətçi vəfat edib.

Məhkəmədə zərərçəkən şəxsin hüquqi varisi 24 yaşlı sürücünü bağışladığını bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
3
cebheinfo.az

4Sources