EN

İranın Lavan neftayırma zavoduna hücum olunub

Bakı. Trend:

Bu gün yerli vaxtla saat 10 radələrində İranın cənubundayerləşən Hörmüzqan vilayətinin Lavan adasında Lavan neftayırmazavodunun obyektlərinə hücum edilib.

Trend-inməlumatına görə, bununla əlaqədra İranın Neft Məmulatlarının Emalıvə Distributorluğu Milli Şirkəti məlumat yayıb.

Məlumata görə, hücumlar nəticəsində obyektlərdə yanğın başverib. Hazırda xilasetmə və yanğınsöndürmə briqadaları yanğınısöndürməkdədir.

Obyektlərdəki əməkdaşların zamanında təxliyə edilməsi iləindiyədək heç bir ölüm faktı qeydə alınmayıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.

Məqalədə:
Chosen
20
3
az.trend.az

10Sources