EN

Atəşkəsdən cəmi bir neçə saat sonra – İran eyni anda iki ölkəyə hücum etdi

ABŞ, İran və İsrail arasında iki həftəlik müvəqqəti atəşkəsin elan olunmasından cəmi bir neçə saat sonra Yaxın Şərq yenidən alovlanıb.

8 aprel 2026-cı il tarixində İranın pilotsuz uçuş aparatları (PUA) və ballistik raketləri Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) strateji obyektlərinə kütləvi zərbələr endirib.

Küveyt ordusu ölkənin cənubundakı neft terminalları və elektrik stansiyalarını hədəf alan 28 pilotsuz aparatdan böyük hissəsini zərərsizləşdirdiyini açıqlasa da, bəzi zərbələrin mühüm infrastruktura ciddi ziyan vurduğunu etiraf edib.

Eyni zamanda BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İran istiqamətindən gələn genişmiqyaslı raket yağışını dəf etməyə çalışır. Trampın “15 bəndlik sülh planı”nın elan edildiyi bir vaxtda baş verən bu hücumlar bölgədəki bütün diplomatik səyləri iflic edib.

Hərbi ekspertlər bu qəfil eskalasiyanı Lavan adasındakı neft zavodunun vurulmasına Tehranın “qisas cavabı” və ya atəşkəsi pozmaq istəyən radikal qrupların sabotajı kimi qiymətləndirirlər.

Musavat.com

Chosen
18
20
editor.az

10Sources