EN

Prezidentin yeni vəzifə verdiyi Xalid Əhədov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibini təsdiqləyib.

Dövlət başçısının Sərəncamı ilə Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Nurəddin oğlu Əhədov Müşahidə Şurasının sədri təyin edilib.

X.Əhədovun dosyesini təqdim edirik:

4 fevral 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2012-ci ildə İspaniyanın Instituto de Empresa (IE) biznes məktəbində Biznesin idarə edilməsi, 2019-cu ildə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində (LSE) Dövlət inzibatçılığı üzrə magistr dərəcəsi alıb.
İngilis, rus, ispan və türk dillərini bilir.

1999-cu ildən bank sektorunda çalışmağa başlayıb. "Bank of Baku"-da (1999–2012), "Unibank"-da (2012–2016) müxtəlif rəhbər vəzifələrdə işləyib, həmçinin "Atəşgah sığorta"nın Müşahidə Şurasının üzvü, "Millikart" prosessinq mərkəzinin Direktorlar Şurasının sədri olub.
2016-cı ildə "AzərTürkBank"-ın İdarə Heyətinin sədri, 2016-cı ilin dekabrından 2018-ci ilin martına qədər ABB-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib.

Chosen
2
22
publika.az

10Sources