EN

İran atəşkəsi pozdu - Küveyt və BƏƏ-yə ZƏRBƏ ENDİRDİ

ABŞ və İran arasında müvəqqəti atəşkəslə bağlı razılaşmanın əldə olunmasına baxmayaraq, Küveyt İran tərəfindən dron hücumuna məruz qaldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi yazıb.
 

Məlumata görə, səhər saatlarında həyata keçirilən hücum zamanı dronlar strateji əhəmiyyət daşıyan neft obyektlərini, elektrik stansiyalarını və dəniz suyunun duzsuzlaşdırılması zavodlarını hədəfə alıb. Küveyt tərəfi bəzi obyektlərə ciddi ziyan dəydiyini bildirib.


Eyni zamanda, Associated Press yazır ki, atəşkəs elan olunsa da, bölgədə zorakılıq dayanmayıb. Agentliyin məlumatına görə, Küveytdə dron zərbələri qeydə alınıb, Birləşmiş Ərəb Əmirlikləri isə İran mənşəli raket və dron hücumlarını ələ keçirdiyini açıqlayıb.

Bizim.Media

Chosen
43
31
bizim.media

10Sources