EN

Bir neçə qurumun Müşahidə Şurasında dəyişiklik - Prezidentdən sərəncamlar


 

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb.
NUH.az   xəbər verir ki, Sərəncama əsasən, Müşahidə Şurasında maliyyə nazirinin müavini Azər Bayramovu nazirin birinci müavini Anar Kərimov əvəz edib.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibini də təsdiq edib. Sərəncama əsasən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavinləri
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Aparatının rəhbəri
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Hüquq şöbəsinin müdiri
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri.
Başqa bir sərəncamla, Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibində dəyişiklik edilib. Sərəncama əsasən, Kollegiyaya Komitənin aparat rəhbəri daxil edilib.
Prezidentin digər Sərəncamı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib. Sərəncamla Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi
Müşahidə Şurasının üzvləri:
Maliyyə nazirinin müavini
Səhiyyə nazirinin müavini
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.
Qeyd edək ki, bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri icra edib. 

 

 


Chosen
3
2
nuh.az

10Sources