EN

Plastik cərrahiyyə trendi artdığından ölkəmizdə bir mərkəzin yaradılmasına ehtiyac var idi

BAKI, 8 aprel. TELEQRAF

Günümüzdə dünyada plastik cərrahiyyəyə istək artır və bu trendin artması səbəbindən ölkəmizdə də buna istək artır.

Teleqraf xəbər verir ki, bunu Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov Səhiyyə Nazirliyinin instaqram hesabında canlı yayım zamanı klinikanın fəaliyyətindən danışarkən deyib.

O bildirib ki, buna görə bu klinikanın yaranmasına ehtiyac olub.

“Plastik cərrahiyyə dedikdə rekonstruktiv və estetik əməliyyatlar nəzərdə tutulur. Keyfiyyətli və əlçatan xidmət, pasiyentlərin yanında olmaq üçün buna ehtiyac var. Effektiv cərrahi müdaxilənin edilməsi üçün bir mərkəzin olması şərtdir. Birlikdə qərarların verilməsi əsas nüansların verilməsi vacibdir. Buna görə də ortaq qərarlarla cərrahi müdaxilə edilməsi önəmlidir. Bu mərkəz həm tədris, həm də elm mərkəzidir”, - həkim vurğulayıb.

Chosen
33
teleqraf.com

1Sources