Küveyt Silahlı Qüvvələri 8 aprel səhər saatlarında 28 İran pilotsuz uçuş aparatını (PUA) ələ keçirib. Hücumlar ölkənin neft infrastrukturuna, elektrik stansiyalarına və su təmizləmə qurğularına ciddi ziyan vurub.
“İki sahil” xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Eyni zamanda, ABŞ və İsrail İrana qarşı iki həftəlik atəşkəs elan ediblər, bu gün tarixindən etibarən qüvvəyə minir.
Atəşkəs elan edildikdən sonra İraq və Suriya hava məkanlarını açıb.
Bundan əlavə, Mehr agentliyi bildirib ki, bu gün İranın cənubunda, Lavan adası neft emalı zavodunda bir neçə partlayış baş verib.