EN

FHN: Zəlzələ cənub rayonlarında hiss olunub

FHN:
Xəbər verdiyimiz kimi Lənkəran yaxınlığında zəlzələ baş verib. 1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan informasiyaya əsasən, 8 aprel 2026-cı il tarixində yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb. Bildirilib ki, zəlzələ ölkənin cənub rayonlarında 3-4 bala qədər hiss olunub.

Hazırkı vaxta qədər zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb.

Chosen
31
31
1news.az

10Sources