Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev ilə xarici işlər naziri Ceyhun Bayramov arasında geniştərkibli görüş keçirilib.
Görüşdə Azərbaycan və Qazaxıstan iqtisadiyyat, ticarət, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, texnologiya və rəqəmsal sektorlar üzrə artan əməkdaşlığı qeyd edilib, güclü strateji əlaqələr bir daha təsdiqlənib.
Nazirlər, həmçinin Avropa-Asiya ticarətinin stimullaşdırılmasında Orta Dəhlizin rolunu, tranzit infrastrukturuna və regional bağlılığa töhfə verən birgə layihələrin əhəmiyyətini vurğulayıblar.
Hər iki tərəf Yaxın Şərqdəki gərginliklə bağlı narahatlığını ifadə edib, tərəflər arasında əldə olunmuş atəşkəsin regiona sabitlik və sülh gətirəcəyinə ümidvar olduqlarını bildiriblər.
Nazirlər digər regional və qlobal təhlükəsizlik çağırışlarını da müzakirə ediblər.
Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan və Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə də məlumat verib.