
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də İran Prezidenti Məsud Pezeşkiana zəng edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı İran və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.
Məsud Pezeşkian bu təbriklərə və Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib.